AZE-Kit Robotik Kodlama Dəsti
120,23 AZN
77,00 AZN
AZE-Kit Robotik Kodlama Dəsti
AZE-Kit Robotik Kodlama Dəsti – Bütün Komponentlər Tək Platformada!
AZE-Kit Robotik Kodlama Dəsti, Arduino əsaslı robototexnika layihələri üçün hazırlanmış, hər şeyi tək bir platformada birləşdirən innovativ tədris dəstidir.
Ənənəvi Arduino dəstlərində sensorlar, modullar və bağlantılar dağınıq şəkildə gəldiyi halda, AZE-Kit sayəsində bütün komponentlər nizamlı, etiketli və səhvsiz qoşulma təmin edəcək şəkildə tək bir lövhə üzərində təqdim olunur.
Bu xüsusiyyəti ilə həm təhsildə, həm də fərdi layihələrdə vaxta qənaət, xəta payının azaldılması və istifadə rahatlığı üstünlüyü təmin edir.
Bu xüsusiyyəti ilə həm təhsildə, həm də fərdi layihələrdə vaxta qənaət, xəta payının azaldılması və istifadə rahatlığı üstünlüyü təmin edir.
Əsas Xüsusiyyətlər və Üstünlüklər:
Tam Uyğunluq: Arduino Uno ilə tam uyğun işləyir.
İnteqrasiya Olunmuş Modullar: Lövhə üzərindəki modul yuvaları, düymələr, LED-lər, potensiometrlər və digər giriş-çıxış vahidləri ilə sayısız eksperimental tətbiqi asanlıqla həyata keçirməyə imkan verir.
Proqramlaşdırma Dəstəyi: Tədris məzmunu sayəsində Scratch və Arduino IDE platformalarında asanlıqla proqramlaşdırıla bilər; istifadəçilər həm təməl, həm də irəli səviyyə layihələrini addım-addım inkişaf etdirə bilərlər.
Vahid Platforma Həlli: Sensorlar, düymələr, LED-lər, potensiometr, ekran və bağlantı nöqtələri eyni lövhə üzərində nizamlanmışdır. Əlavə kabel qarışıqlığı olmadan birbaşa istifadə edə bilərsiniz.
Sürətli və Asan Quraşdırma: Enerji modulu, on/off (açma/bağlama) açarı və hazır jumper bağlantıları sayəsində "qoş-işlət" (plug-and-play) məntiqi ilə çalışır.
Təhsil üçün İdeal: Etiketlənmiş pinlər, modul başlıqları və anlaşılan yerləşim dərslər zamanı şagirdlər üçün olduqca əlverişlidir.
Nizamlı və Davamlı Quruluş: Dağınıq masa, itən hissələr və ya yanlış bağlantılar yoxdur. Bütün komponentlər tək bir platformada mütəşəkkil şəkildə yerləşir.
Arduino və Scratch Uyğunluğu: Həm mətn əsaslı Arduino IDE, həm də "sürükle-burax" (drag-and-drop) tipli Scratch/mBlock proqramları ilə tam uyumlu işləyir.
Texniki Özəllikləri:
Scratch və Arduino IDE Dəstəyi: AZE-Kit, modullara aid nümunə proqram təminatları və müxtəlif platformalarda proqramlaşdırma dəstəyi ilə unikal bir tədris robototexnika kartıdır. Tədris quraşdırma təlimatı və kurikulumla tam uyğunluğu sayəsində asan quraşdırma və istifadə imkanı təqdim edir.
Modul Bağlantı Yuvaları: Modullar üçün enerji və cərəyan qoruması mövcuddur. Hər bir modul birbaşa kartdan qidalanır; bu sayədə jumper kabelinə ehtiyac qalmır. Bütün modullar tək siqnal pini ilə idarə oluna bilər.
Daxili Komponentlər: Daxili komponentlər ön rezistorlar (müqavimətlər) ilə qorunur və əlavə enerji bağlantısı tələb olunmadan yenə tək siqnal pini ilə idarə edilə bilər.
Breadboard İnteqrasiyası: Breadboard sahəsi üçün ayrılmış enerji çıxışları mövcuddur. Bu sayədə AZE-Kit yüzlərlə fərqli modulun sürətli və praktik şəkildə test edilməsinə şərait yaradır.
LED-Rezistor Dəsti: Breadboard sahəsinin işləmə məntiqini öyrətmək və sevdirmək məqsədilə hazırlanmışdır. Bu dəst vasitəsilə təməl elektron dövrələrin asanlıqla öyrənilməsi və tətbiqi təmin edilir.
Jumper Kabel Dəsti: Modulların, komponentlərin və Breadboard üzərində qurulacaq dövrələrin bağlantıları üçün müxtəlif jumper kabelləri ilə təchiz olunmuşdur.
Enerji Nəzarəti və Qoruma: On/Off (açma/bağlama) açarı sayəsində dövrə asanlıqla aktiv və ya passiv hala gətirilə bilər. Həmçinin vəziyyət göstəricisi kimi enerji LED-i mövcuddur.
Enerji Paylayıcı Modul: Arduino Uno ilə AZE-Kit arasındakı enerji paylaşımı daxili enerji modulu vasitəsilə həyata keçirilir. Bu, təhlükəsiz və balanslı enerji axınını təmin edir.
Montaj Rahatlığı və Təhlükəsizlik: Kart üzərindəki yerləşmiş dayaqlar (aralayıcılar) montaj işlərini asanlaşdırır. Alt hissədə yer alan qoruyucu lövhə qısaqapanma risklərini aradan qaldırır.
Fiziki Ölçülər: AZE-Kit 160mm x 240mm ölçülərindədir.
Tətbiq Sahələri: Geniş istifadə sahəsi, nizamlı bağlantı quruluşu və əyləncəli dizaynı ilə elektron layihələri daha maraqlı edir. Təhsil mühitlərində, emalatxanalarda (vorkşoplarda) və fərdi layihələrdə mükəmməl köməkçi platformadır.
AZE-Kit Robotik Kodlaşdırma Dəsti ilə Nələr Edə Bilərik?
Temperatur və Nəmlik Ölçmə Layihələri
Məsafə Ölçmə Layihələri
Svetofor Simulyasiya Layihələri
Servo İdarəli Qapı Sistemi Layihəsi
Ağıllı Lampa (işıq həssaslıqlı LED) Layihələri
LCD Ekranda Data Göstərmə Layihələri
Maneələrdən Yayınan Mini Robot Layihələri
Joystik İdarəli Motor Sistemi Layihəsi
RGB Rəng Qarışdırma Layihələri
Sadə Siqnalizasiya Sistem Layihələri
Potensiometr İdarəli Servo Tətbiq Layihələri
Torpağın Nəmlik Səviyyəsinin Ölçülməsi Tətbiq Layihələri
Maye Səviyyəsinin Ölçülməsi Tətbiq Layihələri
WiFi ilə Uzaqdan İdarəetmə Sistem (ESP8266 ilə IoT layihələri) Layihələri
Breadboard Təcrübələri vs.
Təxminən 300 fərqli layihəyə imkan verən zəngin məzmunu sayəsində AZE-Kit, ibtidai səviyyədən qabaqcıl səviyyəyə qədər bir çox yaş qrupuna xitab edir. Elektronika və proqramlaşdırmanın qovuşduğu bu kodlaşdırma kartı ilə elektron bağlantıların təməlini öyrənə, yaradıcılığınızı inkişaf etdirərək daha mürəkkəb layihələrə addım ata bilərsiniz.
AZE-Kit Robotik Kodlama Dəsti Kimlər Üçün Uygundur?
İbtidai, orta və tam orta məktəb səviyyəsindəki şagirdlər
Robototexnika və kodlama klubları ilə dərnəkləri
STEM və Maker dərsləri
Elektronika ilə maraqlanmaq istəyən bütün hobi həvəskarları
Niyə AZE-Kit Seçilməlidir?
Hər Şey Tək Platformada: Bütün komponentlər nizamlı və praktik şəkildə bir yerdədir.
Xətasız Bağlantı: Kabelləmə zamanı yaranan səhvləri minimuma endirir.
Vaxta Qənaət: Həm müəllimlər, həm də şagirdlər üçün dərslərdə və layihələrdə zaman qazandırır.
Davamlılıq: Möhkəm və uzunömürlü istifadə üçün nəzərdə tutulmuşdur.
Zəngin İnfrastruktur: Çox sayda layihəni həyata keçirmək üçün hazır baza təqdim edir.
AZE-Kit ilə robototexnika dünyasına addım atmaq həm daha asan, həm də daha maraqlıdır!
Dəstin İçindəkilər:
Dəstin İçindəkilər:
| 1 | AzeKit Proqramlaşdırma Kartı | 1 |
| 2 | Qoruma Pleksisi | 1 |
| 3 | Arduino UNO R3 Klon | 1 |
| 4 | Arduino UNO Kabeli | 1 |
| 5 | AzeKit Güç Kartı | 1 |
| 6 | Orta Boy Breadboard | 1 |
| 7 | SG90 RC Mini (9gr) Servo Motor | 1 |
| 8 | 2x16 LCD Ekran - I2C Lehimli Mavi Display | 1 |
| 9 | 2 Oxlu Joystick Kartı | 1 |
| 10 | DHT11 Temperatur və Rütubət Sensor Modulu | 1 |
| 11 | Səs Sensor Kartı - Mikrofon Sensoru | 1 |
| 12 | LDR İşıq Sensor Kartı | 1 |
| 13 | Su Səviyyəsi Sensoru / Yağış Sensoru | 1 |
| 14 | Torpaq Nəmi Müəyyən Etmə Sensoru | 1 |
| 15 | HC-SR04 Ultrasonik Sensor | 1 |
| 16 | 20 Pin Ayrılabilən Dişi-Erkək Jumper Kabel - 200 mm | 1 |
| 17 | 20 Pin Ayrılabilən Erkək-Erkək Jumper Kabel - 200 mm | 1 |
| 18 | 20 Pin Ayrılabilən Dişi-Dişi Jumper Kabel - 200 mm | 1 |
| 19 | 12x12 Dairəvi Sarı Qapaq | 1 |
| 20 | 12x12 Dairəvi Mavi Qapaq | 1 |
| 21 | Potentiometer Buton Qapağı | 1 |
| 22 | Mini Tornavida | 1 |
| 23 | Plastik Bolt M3 - 6 mm | 24 |
| 24 | Plastik Bolt M3 - 12 mm | 4 |
| 25 | Plastik Qayka M3 | 4 |
| 26 | Plastik Standoff M3 - 5 mm | 8 |
| 27 | Plastik Standoff M3 - 10 mm | 4 |
Be the first to comment on this product!